Bakıda “ağıllı klinika” açıldı – Diaqnoz və müalicəyə ağılla yanaşma - VİDEO

  • 2019.06.08 14:23
  • 22918 Baxış
Bakıda “ağıllı klinika” açıldı –  Diaqnoz və müalicəyə ağılla yanaşma - VİDEO
Əslən Təbriz azərbaycanlısı olan Behnam Kazemi uzun illər Bakıda özəl klinikada çalışsa da, sonradan bəzi səbəblərə görə bir müddət Kanadada çalışıb.

Bir neçə ildir, yenidən Bakıya qayıdan tanınmış həkim artıq öz kiçik klinikasını - Smart Med-i açıb. 

Medicina.az xəbər verir ki, klinikanın adının Smart qoyulması səbəbsiz deyil.

Behnam Kazemi hazırda dünyada ağıllı texnologiyaların "smart” adlandırılmasını əsas gətirərək, bu klinikada da ağılla diaqnoz və müalicə təyin ediləcəyini bildirir.

"Smart dərin mənalı sözdür. Smatrfon, smart tv - bunlarsız həyat yoxdur. Bu gün insanlar ağıllı texnikalara üstünlük verir. İnsan ağılla düşünməli, ağılla hərəkət etməlidir. Həkimin əsas diaqnoz instrumenti ağlı olmalıdır. Biz də göstərmək istəyirik ki, necə ki, texnologiyaların ağıllısı var və insanlara xidmət edir, eləcə də klinikanın ağıllısı olur. Biz bunu fəaliyyətimizlə bunu göstərə biləcəyik”.

Smart Med- klinikasında ginekoloji, endokrinoloji, androloji-uroloji, terapevtik müayinə və müalicə xidmətləri  təşkil edilib. Eləcə də klinikada USM müayinə, fizioterapiya şöbəsi var. 

Doktor Kazemi özü cərrah, androloq-uroloq olaraq kişilərdə cinsi problemlər, uşaq, qadın və kişilərdə uroloji-böyrək xəstəlikləri, həmçinin sonsuzluq problemləri yaşayan pasiyentləri qəbul edir. Eləcə də lazımi laborator analizləri təyin edir.

"Klinikamıza böyrək problemi olan uşaqlar və böyüklər müraciət edə bilər. Eləcə də şəkər xəstələrinin böyrək çatışmazlığı ilə üzləşməməsi üçün onların endokrinoloji və uroloji müalicələrini edirik. Lazım gələrsə, cərrahi əməliyyatlar da icra edirəm”.

Hazırda SmartMed klinikasında endirimli Chek-up aksiyası keçirilir:

Uroloq həkim qəbulu

EKQ

USM

Qanın ümumi analizi 

Sidiyin analizi

Böyrək funksiyalarının yoxlanması

Cəmi: 70 AZN

Ünvan:

Yarasamal rayonu, Mətbuat pr. 18/7

Azərbaycan nəşriyyatı ilə üzbəüz

Telefonlar:

012 510 -66 41

055 950-30-06

070 950-30-06