Bakıda daha bir böyrəkköçürmə üzrə transplantoloji əməliyyat baş tutub.
Medicina.az xəbər verir ki, cərrah uroloq Rəşad Şolan 2019-cu ilin son böyrəkköçürmə əməliyyatının bir baldızla gəlin üzərində baş tutduğunu bildirib.
Belə ki, baldız öz qardaşı arvadına bir böyrəyini verərək, onu xilas edib.
Hər iki pasiyent əməliyyatdan normal şəkildə çıxaraq, Yeni ili evlərində qeyd ediblər.