Bakıda bir neçə poliklinikada əməliyyat keçirildi – Saxlanılanlar var

  • 2021.04.22 17:28
  • 2119 Baxış
Bakıda bir neçə poliklinikada əməliyyat keçirildi  – Saxlanılanlar var

Bakıda fəaliyyət göstərən bir neçə poliklinikada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyat keçirilib.

Bakupost.az xəbər verir ki, əməliyyat nəticəsində baş həkimlər və həkimlər saxlanılıb.

Onlar COVID-19 əleyhinə peyvəndin vurulmasıyla bağlı saxta arayışların verilməsində şübhəli bilinirlər.

Saxlanılanlar arasında yüksək vəzifəli şəxslərin qohumlarının da olduğu bildirilir.

Qeyd edək ki, bu gün vaksinasiya prosesində yol verdiyi nöqsanlara görə 2 nəfər işdən çıxarılıb. Hadisə ilə bağlı yayılan videodan aydın görünür ki, Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan tibb bacısı vətəndaşa peyvənd vurmur, digəri isə saxta sənəd yazır.