Bakıda bir xəstənin üzərində 5 əməliyyatı eyni vaxtda etdilər

  • 2024.02.06 14:42
  • 1201 Baxış
Bakıda bir xəstənin üzərində 5 əməliyyatı eyni vaxtda etdilər
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilən pasiyentin eyni vaxtda 5 orqanı üzərində cərrahi əməliyyat həyata keçirilib. Mədəaltı vəz xərçəngi xəstəsini özəl klinikalarda qəbul etməkdən imtina etmişdilər.


"Medicina" xəbər verir ki, II Cərrahiyyə şöbəsinin müdiri, professor Sahib Hüseynov tərəfindən xəstədə eyni anesteziya altında distal qastrektomiya, duodenumektomiya, xolesistektomiya, pankreasın başının rezeksiyası, omentumektomiya, D2 limfodisseksiya əməliyyatları icra olunub.

Əməliyyatdan sonra pasiyentin vəziyyətində yaxşılaşma müşahidə edilib və kafi vəziyyətdə evə yazılb.

Aygün Musayeva