Bakıda daha bir məktəb koronavirusa görə - Bağlandı

  • 2021.10.19 19:35
  • 2043 Baxış
Bakıda daha bir məktəb koronavirusa görə   - Bağlandı


Paytaxtdakı 322 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə Bakupost.az -a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məktəbdə COVID-19 infeksiyasına yoluxma halları ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.


Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 322 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.