Bakıda doğulan qəribə körpə ölüb - AÇIQLAMA

  • 14 Noy 2019 15:44
  • 17172 Baxış
Bakıda doğulan qəribə körpə ölüb -  AÇIQLAMA

Bakıda dünyaya gələn qəribə körpə dünyasını dəyişib.


Medicina.az xəbər verir ki, bu barədə unikal.org-a açıqlamasında Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum Şöbəsinin müdiri Zəhra Abbasova məlumat verib:


"Körpə keçən həftə dünyaya gəlmişdi. Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. Uşaq bir gün də yaşamadı. Körpənin valideynləri sağlam insanlardır. Onların birgə nikahdan iki azyaşlı övladı da var."


Qeyd edək ki, Bakıda ötən həftə anormal,görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir.