Bakıda gənc ana böyrəyini oğluna verdi

  • 2024.01.24 14:47
  • 625 Baxış
Bakıda gənc ana böyrəyini oğluna verdi
Bakıda daha bir gəncə orqan köçürülməsi əməliyyatı icra edilib.


"Medicina" xəbər verir ki, Mərkəzi Klinikanın ümumi cərrahı, transplantoloq Tariyel Nadirov xəstəyə anasının donor olduğunu bildirib.



"Ciddi ürək problemləri olan xəstənin ( EF 25%, MÇ 3, AÇ 2, TÇ 2, artmış pulmonar təzyiq, perikardda maye)əməliyyatdan sonra problem yaşama riski çox yüksək idi.

Biz və xəstə yaxınları bütün riskləri bərabər qəbul edərək xəstə və donoru əməliyyata aldıq. Əməliyyat öncəsi ciddi anesteziya hazırlığından sonra anasından laparaskopik üsulla aldığımız böyrəyi pasiyentə köçürdük. Xəstənin əməliyyat stolunda sidik çıxışı başladı.

Əməliyyatdan sonra xəstə Reanimasiya şöbəsinə, donor isə palataya köçürüldü. Əməliyyatın səhəri günü xəstə palataya köçürüldü. Həm donor, həm də xəstənin vəziyyəti qənaətbəxşdir".


Aygün Musayeva