Avropa Beynəlxalq Hospitalın təşkilatı dəstəyi ilə Səhiyyə Menecmenti Konqresi - FOTOLAR

  • 2026.07.03 11:48
  • 993 Baxış
Avropa Beynəlxalq Hospitalın təşkilatı  dəstəyi ilə   Səhiyyə Menecmenti Konqresi - FOTOLAR

3–4 iyul tarixlərində Azərbaycanda ilk dəfə I Beynəlxalq I Türkdilli I Xəzəryanı Dövlətlərin Səhiyyə Menecmenti Konqresi – “IHMC Baku 2026” təşkil olunub.

Medicina.az xəbər verir ki, konqresdə ABŞ, Türkiyə, Rusiya, Almaniya, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və digər ölkələr də daxil olmaqla ümumilikdə 10 ölkədən səhiyyə menecmenti üzrə tanınmış mütəxəssislər iştirak edəcək. Xarici məruzəçilər səhiyyə idarəçiliyi sahəsində beynəlxalq təcrübələrini yerli auditoriya ilə bölü.şdülər.

Tədbirin beynəlxalq sədri Şimali Kipr Türk Respublikasının səhiyyə naziri Dr. Hakan Dinçyürekdir.

Konqresdə çıxış edəcək məruzəçilər arasında Türkiyədən Prof. Dilaver Tengilimoğlu, ABŞ-dən PhD Kirstin Hvitfeldt Öztürk, Rusiyadan Prof. Andrey Demin, Almaniyadan Lutz Lungwitz, Qazaxıstandan Dr. Saltanat Mamirbekova, Özbəkistandan Vositkhon Khusanov, Birləşmiş Ərəb Əmirliklərindən MD Anass Moutki və Gürcüstandan MD Natalia Kalandaraşvili kimi nüfuzlu mütəxəssislər yer alır.

Proqramda tibbi idarəetmə, səhiyyədə keyfiyyət göstəriciləri, xəstəxanaların maliyyə idarəçiliyi, təchizat, insan resursları, marketinq, pasiyent və həkim hüquqları, eləcə də müasir səhiyyə idarəçiliyinin digər aktual istiqamətləri əhatə edib.

Konqresdə dövlət və özəl səhiyyə sektorunu təmsil edən 200-dən çox təsisçi, rəhbər şəxs, direktor, baş həkim və inzibati şöbə rəhbərinin iştirakı gözlənilir. Tədbirdə müasir idarəetmə prinsipləri, effektiv liderlik yanaşmaları və səhiyyə sahəsində real təcrübələr müzakirə olunub.

Qeyd edək ki, tədbirin təşkilatı dəstəkçilərindən biri Avropa Beynəlxalq Hospitalıdır.





Aygün Musayeva
Medicina.az