Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda koronavirus analizinin qiyməti neçəyədir? – Özəl laboratoriyalardan CAVAB

  • 2020.02.24 17:54
  • 85894 Baxış
Bakıda koronavirus analizinin  qiyməti neçəyədir? –  Özəl laboratoriyalardan CAVAB


Koronavirus infeksiyası COVİD 19-un laborator analizi mümkündür. Bunun üçün dövlət xüsusi analiz panelləri və sınaqlarını klinik tibbi mərkəzə və epidemiologiya mərkəzinə gəririb.

Bəs ora üz tutmadan, vətəndaş özü və ailəsində bu virusun olub-olmamasını necə təyin edə bilər.

Medicina.az xəbər verir ki, artıq 1 aydır ki, Bakıda 2 özəl klinika və laboratoriya koronavirusdan analiz xidmətini təklif edir.
Əldə etdiyimiz məlumata görə, analiz burundan yaxma ilə götürülür və 100 AZN-ə başa gəlir.

Analizin cavabı 3 günə verilir.

Laboratoriyalar cavabların dəqiq olmasına təminat verir.

İstər xəstə, istər sağlam insan bu analizdən keçə bilər.

Lakin nəzərə alınmayan bir məqam var ki, yoluxmuş insanların özəl laboratoriyalara getməsi ciddi riskdir və ordakı digər insanları yoluxdura bilər. Maraqlandığımız laboratoriya hələ ki, analiz cavabı müsbət çıxan şəxsin olmadığını bildirirlər.