Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda koronavirus üzrə lider rayon

  • 2021.04.19 15:03
  • 1315 Baxış
Bakıda koronavirus üzrə lider rayon


Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.


Medicina.az xəbər verir ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,8 faizi Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,4 % ilə Xətai rayonu qərarlaşır.

Digər rayonlar üzrə isə Yasamalda 12,4 %, Sabunçuda 10,9 %, Suraxanı 8,1 %, Nərimanovda 8,3 %, Nəsimidə 8 %, Xəzərdə 7 %, Nizamidə 7 %, Səbaildə 5,1 %, Qaradağda 4,6 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,2 %-i Bakı şəhərində qeydə alınıb.