Bakıda modul xəstəxanaları bağlanır?- Həkimdən şad xəbər

  • 2021.05.17 18:53
  • 2095 Baxış
Bakıda modul xəstəxanaları bağlanır? - Həkimdən şad xəbər

Vaksin olunan şəxslərin böyük hissəsi koronavirusu yüngül keçirir. Müəyyən insanlarda 1-2 gün az hərarət ola, bəzilərində də vurulan nahiyədə qızartı və şişkinlik görünə bilər ki, bu da tez keçib gedir. Vaksinasiya sayəsində yoluxma sayında kifayət qədər azalma müşahidə olunur.

Medicina.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında əkim-terapevt Məlahət İsayeva deyib.

28 saylı Bilgəh BŞX modul tipli xəstəxanasında çalışan həkim bildirib ki, ayın 13-də ezama xitam olunub:

“Ezamım uzadılmadı. Bu, artıq xəstə sayının azalması və bir çox modul tipli xəstəxanaların bağlanması ilə əlaqədardır. Yəqin ki, bizim modul tipli xəstəxanamız da ayın sonuna kimi bağlanar. Çünki xəstə sayı azalıb, tək-tük xəstələr müraciət edir, əvvəlki kimi çox deyil. Hazırda poliklinikada çalışıram və xəstələr infeksiyanı yüngül keçirtdiyi üçün telefonla lazımi tövsiyələri verir və müalicə edirik. Hərarəti olan insanlardan yaxmalar götürülür və laboratoriyaya göndərilir. Fəal sürətdə insanlar poliklinikaya gəlir, könüllü şəkildə vaksin olunur”.