Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda musiqi məktəbi də koronavirusa görə bağlandı

  • 2021.03.10 15:47
  • 1345 Baxış
Bakıda musiqi məktəbi də koronavirusa görə bağlandı


Bakı şəhəri Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbində dərslərin distant formada keçirilməsi qərara alınıb.

Medicina.az xəbər verir ki, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər iki həftəlik distant formada davam etdiriləcək.

Qeyd edək ki, bu gün ölkə ərazisində fəaliyyət göstərən daha beş məktəb COVID-19-a görə bağlanıb.