Bakıda nəfəs yolunda yerklökü qalan körpə necə xilas edildi?

  • 2022.02.01 14:30
  • 2542 Baxış
Bakıda nəfəs yolunda yerklökü qalan körpə   necə xilas edildi?

Bakıda 1 yaşında uşaq yemək yediyi zaman qəfildən boğulmağa, göyərməyə başlayıb. Valideynləri ilk növbədə "çöpçü"yə müraciət ediblər. Lakin uşağın vəziyyəti düzəlməyib.

Medicina.az xəbər verir ki, Mərkəzi Klinikanın uşaq cərrahiyyəsi və urologiyası uzmanı, cərrah Fuad Hüseynov sosial şəbəkədə məlumat verib.

O, bildirib ki, çöpçü uşağın narahatlığını aradan götürə bilmədiyi üçün klinikalardan birinə müraciət ediblər. Bu dəfə də problem həll edilmədiyinə görə, valideynlər Mərkəzi Klinikaya üz tutublar:

"Gecə saatları olsa da, təcili əməliyyat qərarı verildi. Bronxoskop - yəni işıqlı alətlə nəfəs borusuna girilərək yerkökü parçası çıxarıldı. Uşaq rahat nəfəs almağa başladı. 1 gün sonra tam sağlam evlərinə getdi".