Bakıda regionun ən böyük reabilitasiya mərkəzi qurulur – Direktor müavinindən vacib açıqlamalar - VİDEO

  • 2023.12.13 16:14
  • 14290 Baxış
Bakıda regionun ən böyük reabilitasiya mərkəzi qurulur –  Direktor müavinindən vacib açıqlamalar -  VİDEO
Azərbaycanda sovetlər dönəmindən yetərincə qiymətləndirilməyən, əlavə müalicə kimi yanaşılan, çox insanların sadəcə masaj və “tok” kimi tanıdığı, daha çox kurort-sanatoriya sistemində təqdim edilən fizioterapiya-reabilitasiya müalicəsi bu ildən tibbi sığorta sayəsində yeni dövrünə qədəm qoyur.


"Yeni Klinika"nın direktor müavini, Somatika və STROK mərkəzinin rəhbəri Pərvin Əkbərov Medicina.az -a açıqlamasında bildirib ki, klinikada dövlət dəstəyi ilə böyük, müasir reabilitasiya mərkəzi açılacaq.


O qeyd edib ki, mərkəzdə İcbari Tibbi Sığorta xətti ilə stasionar və ambulator reabilitasiya xidmətləri göstəriləcək:

“2023-cü ildən artıq 70-dən çox reabilitasiya növü Xidmətlər zərfinə daxil edilib. Bu xidmətləri keyfiyyətli göstərmək üçün bir neçə yeni, müasir və peşəkar komandası olan mərkəzlər lazımdır. Tibdə reabilitasiya bütün müalicə və əməliyyatlardan sonra istifadə olunur. Məsələn, əgər xəstəyə oynaq protezi qoyulursa və ya kimsə insult keçiribsə, hətta əməliyyat 100% uğurlu olsa da, reabilitasiya olmadan bu pasiyentlərin tam sağalması, həyata tam keyfiyyətli dönməsi mümkün deyil. Təsəvvür edin, ürək əməliyyatı keçirənlərdə 8, insult xəstələrində isə 48 saatdan sonra reabilitasiya başlamalıdır. Keyfiyyətli reabilitasiyadan keçməyən xəstə sonradan illərlə rutin olaraq, həmişə icbari tibbi sığortaya müraciət edəcək, ona təkrar müalicə, əməliyyatlar lazım olacaq. Çünki müalicə yarımçıq qalıb. Beləliklə, bu da büdcəyə ikiqat, üçqat məsrəfdir. İcbari Tibbi sığorta siyasəti də bundan ibarətdir ki, bütün insanlarımız keyfiyyətli müalicə alsın.

Biz nəinki Bakıda, regionlarda da müasir reabilitasiya mərkəzləri açacağıq ki, xəstələr bölgələrdən bura gəlməsin, reabilitasiya hər kəs üçün əlçatan olsun”.

Pərvin Əkbərovun müsahibəsini təqdim edirik:





Aygün Musayeva
Medicina.az