Bakıda siyasətçi koronavirusdan vəfat etdi - FOTO

  • 2023.04.18 10:43
  • 2266 Baxış
Bakıda siyasətçi koronavirusdan vəfat etdi -  FOTO
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, Bakı şəhər 4 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həkimi Zakir Xəlilov "COVID-19"dan vəfat edib.

Zakir Xəlilov virusa yoluxub və son 20 gündə reanimasiyada olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zakir Xəlilov Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Nəsimi rayon təşkilatının İdarə Heyətinin üzvü idi.