Bakıda tanınmış musiqiçini maşın vurub öldürdü

  • 2026.07.01 17:28
  • 99 Baxış
Bakıda tanınmış musiqiçini maşın vurub öldürdü


Ötən gecə Bakıda ağır yol qəzası baş verib.

Medicina.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 02 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. 1989-cu il təvəllüdlü Vasif Aslanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 1963-cü il təvəllüdlü Samir Rzayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Bildirilib ki, qəzada həyatını itirən piyada musiqiçi olub. S.Rzayev tanınmış sintezator ifaçılarından imiş.

Faktla bağlı cinayət işi başlanılıb.