Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda yelləncəkdən yıxılan uşaq reanimasiyaya yerləşdirildi

  • 2021.06.14 14:56
  • 1473 Baxış
Bakıda yelləncəkdən yıxılan uşaq reanimasiyaya  yerləşdirildi

Bakıda altı yaşlı uşaq oynayarkən ağır xəsarət alıb.

Medicina.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən parkların birində 2015-ci il təvəllüdlü N. M oynayarkən yelləncəkdən yıxılıb.

Azyaşlı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Vəziyyəti ağır olduğu üçün o, reanimasiya şöbəsinə yerləşdirilib.