Bakının bahalı psixoloqu ixtisasından imtina etdi – “Bu millətə xeyri yoxdur ”

  • 2023.04.06 17:31
  • 2799 Baxış
Bakının bahalı psixoloqu ixtisasından imtina etdi  – “Bu millətə xeyri yoxdur ”
Tanınmış psixoloq Nizami Orucov15 illik fəaliyyətdən sonra psixologiya peşəsini tərk etdiyini və mərkəzinin fəaliyyətini dayandırdığını bəyan edib.

“Medicina” xəbər verir ki, o, bu fikrə bir müddətdir gəldiyini bildirib və səbəbləri açıqlayıb.

“Bu fikrə Astaradakı dağ zonalarına istrahətə gedib bir müddət qaldıqda gəldim. Səs-küydən uzaq yerdə beynim, ruhum mənə artıq yorulduğunu və bu sahədən getməyimin vaxtı çatdığını bildirdi.

Bizim insanların çoxu şou arxasınca qaçır, elmdən uzaq bir həyata can atırlar. Sosial şəbəkələrdə danışıq qabiliyyəti “0” olan , ağzına gələni danışan, etik norma və qaydalara riayət etməyən, əxlaqsızlıqla məşğul olanlar sosial şəbəkələrdə daha çox baxılır və bəyənilir. Bu isə nəinki psixologiyada, hətta cəmiyyətdə belə normal hal deyil.

Mənəviyyatdan, əxlaqdan uzaq insanlara bu xalqın çoxunun meyilliyini aşkar etdim, yeniliklərə və gözəlliklərə hazır olmadıqlarını anladım. Təbii çox az faizi var ki, bu kateqoriyaya qatılmır.

Bu vaxta qədər 120 min manatdan çox yatırım etdiyim Can psixoloji mərkəzini də bağlayıram”.

33 yaşlı Nizami Orucov bir müddət əvvəl bahalı psixoloqların qiymətlərinə qarşı çıxmış və öz qəbul qiymətini də 300 manata qaldırmışdı.

Aygün Musayeva