Bakının baş allerqoloqu da təltif edildi

  • 2021.04.09 15:12
  • 2129 Baxış
Bakının baş allerqoloqu da təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Medicina.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin 90 illiyi münasibətilə Azərbaycanda tibb elminin və təhsilinin inkişafında xidmətlərinə görə fəxri adlar verilən tanınmış həkimlər içərisində Səhiyyə Nazirliyinin baş allerqoloqu, tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin "Klinik allerqologiya və immunologiya" kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar həkimi Lalə Allahverdiyeva da var.

O, 2006/2007-ci illərdə elmi nailiyyətlərinə görə Amerika Birləşmiş Ştatlarında “Who’s Who in Medicine and Healthcare” kitabının altıncı nəşrinə daxil edilmişdir.


2011-ci ildə tibb sahəsində böyük nailiyyətlərinə görə Kembric Universitetinin “THE CAMBRIDGE CERTIFICATE for Outstanding Medical Achiviment” sertifikatı ilə təltif olunub.