Bakının mərkəzində eyvan uçdu – Qadın yaralandı

  • 2025.12.10 10:48
  • 49 Baxış
Bakının mərkəzində eyvan uçdu –  Qadın yaralandı

Sahil bağının yanında yerləşən binaların birinin eyvanı uçub.

Medicina.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Videoda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

APA-nın məlumatına görə isə, uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.