Baloğlan Əşrəfov koronavirusa yoluxdu - "Xəstəliyi ağır keçirirəm"

  • 2021.04.22 15:49
  • 1727 Baxış
Baloğlan Əşrəfov koronavirusa yoluxdu  - "Xəstəliyi ağır keçirirəm"

Əməkdar artist Baloğlan Əşrəfov koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, lent.az-a açıqlama verən 69 yaşlı müğənni bildirib ki, hazırda özünü yaxşı hiss etmir:

“13 gündür beləyəm. Xəstəliyi ağır keçirirəm. Ev şəraitində müalicə olunuram. Təngnəfəs oluram. Çox danışa bilmirəm”.

Qeyd edək ki, qaraciyər sirrozundan əziyyət çəkən tanınmış müğənni 2007-ci il martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Sonra müğənniyə Türkiyədə qaraciyər köçürülmüşdü.