Banqladeşdə qızılcadan ölənlərin sayı 779-a çatdı

  • 2026.07.16 22:20
  • 105 Baxış
Banqladeşdə qızılcadan ölənlərin sayı 779-a çatdı

Banqladeşdə davam edən qızılca epidemiyasından ölənlərin sayı 779-a çatıb.

Medicina.az xəbər verir ki, Dhaka Tribune qəzetinin məlumatına görə, Banqladeş Səhiyyə Nazirliyinin Səhiyyə Xidmətləri Baş Müdirliyi (DGHS) son 24 saat ərzində qızılca simptomları göstərən 8 uşağın öldüyünü açıqlayıb. Qızılca şübhəsi ilə ölənlərin sayı 684-ə çatıb, laboratoriyada təsdiqlənmiş qızılca ölümləri isə 95-dir.

Bundan əlavə, son 24 saat ərzində 974 yeni qızılca şübhəsi qeydə alınıb və ölkə üzrə şübhəli halların ümumi sayı 115.138-ə çatıb. Banqladeş hökuməti çoxsaylı uşaqların qızılca şübhəsi ilə ölməsindən sonra 7 apreldə təcili peyvənd kampaniyasına başlamaq qərarına gəlib.

Pnevmoniya və ensefalopatiyaya səbəb ola bilən qızılca, dünyada peyvəndlə qarşısı alına bilən ölümlərin əsas səbəblərindən biridir.

Aygün
Medicina.az