Baş ağrıları nə vaxt təhlükəlidir?

  • 2023.05.10 12:25
  • 1180 Baxış
Baş ağrıları nə vaxt təhlükəlidir?
Bəzi baş ağrıları həyati təhlükəli olmasa da, bəzən qəfil güclü baş ağrısı təcili müdaxilə tələb edə bilər.


“Medicina” xəbər verir ki, türkiyəli mütəxəssis həkim İbrahim Ersoyun sözlərinə görə, baş ağrılarının səbəbləri müxtəlifdir.

Dr.İbrahim Ərsoy ciddi xəstəliklərdən qaynaqlanan baş ağrılarını belə sıraladı:

1. Gecə sizi qəflət baş ağrısı oyadarsa

2. Səhərləri baş ağrıları ilə oyanırsınızsa

3. Uzanarkən ağrı şiddətlənir, ayağa qalxdığınızda azalırsa

4. 50 yaşdan yuxarı və 10 yaşa qədər insanlarda baş ağrı birdən yaranırsa

5. Baş ağrısı zamanı ürək bulanması, başgicəllənmə, ikili görmə, hərarət və ya yuxu varsa

6. Öskürmə və hıçqırma zamanı baş ağrısı artarsa

7. Hamiləlik zamanı baş verən baş ağrıları

Günay Quluzadə