Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş mütəxəssis: Bu şəxslərdə zöhrəvi xəstəliklər çox olur

  • 2017.10.03 17:03
  • 12827 Baxış
Baş mütəxəssis:  Bu şəxslərdə zöhrəvi xəstəliklər çox olur
Cinsi orientasiya fərqi olan insanlar yoxlanıldıqda onlarda zöhrəvi xəstəliklər çox olur.


 

Medicina.az xəbər verir ki, bu haqda tren-ə Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Zülfüqar Fərəcov deyib.


Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı belə hallarla rastlaşırlar: "Cinsi azlıqlarda da az rast gəlinən zöhrəvi xəstəliklər ola bilər. Bizim təcrübəmizdə belə xəstələr olur”.


Dəri-zöhrəvi xəstəliklərə çox ciddi yanaşılmanı vacib sayan baş mütəxəssis bildirib ki, cinsi azlıqlara mənsub olanlar qınanıb-qınanmayacaqlarına əhəmiyyət vermədən həkimə müraciət etməlidirlər.


Z.Fərəcov deyib ki, belə xəstələri aşkarlamaq, onları müayinə və müalicə etmək lazımdır.


Qeyd edək ki, Daxili İşlər Nzirliyinin məlumatına görə, vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazilərində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb.


Tibbi-laborator müayinələrin hazırkı nəticəsinə görə, 32 nəfərdə müxtəlif zöhrəvi xəstəliklər, o cümlədən 6-da "AİDS”, 6-da "HİV”, 16-da "sifilis”, 2-də "kəskin uretrit, candida albikas və trixomonias”, 2 nəfərdə isə "Hepatit HVC” virusu aşkarlanıb. Digərlərində zöhrəvi xəstəliklərin olub-olmamasının müəyyənləşdirilməsi, eləcə də onlar tərəfindən bu xəstəliklərin məqsədli şəkildə yayılmasının qarşısının alınması istiqamətində səhiyyə orqanları ilə birgə təxirəsalınmaz tədbirlər davam etdirilir.