Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Baş nazir və xanımı təhlükəli deyilən vaksini vurdurdu

  • 2021.04.24 09:59
  • 1327 Baxış
Baş nazir və xanımı təhlükəli deyilən vaksini vurdurdu

Kanadanın baş naziri Castin Trüdo və xanımı Sofi Qrequar-Trüdo “AstraZeneca” şirkətinin koronavirusa qarşı preparatı ilə peyvənd olunublar.


Medicina.az xəbər verir ki, bu barədə baş nazir özünün “Twitter” səhifəsində yazıb.

“Bu gün Sofi ilə mənim peyvənd olunmaq növbəmiz çatdı və bunu etdik”, - deyə baş nazir bildirib.

Trüdo özünün və xanımının “bundan çox məmnun olduğunu” qeyd edib.

Baş nazir və həyat yoldaşı preparatın ilk komponentini qəbul ediblər.