Baş nazirin övladı koronayayoluxdu, özü təcrid oldu

  • 2022.01.29 11:58
  • 1059 Baxış
Baş nazirin övladı koronayayoluxdu,  özü təcrid oldu

Kanadanın Baş naziri Castin Trüdo üç uşağından biri koronavirusa yoluxduğu üçün karantindədir.

Medicina.az CTV telekanalına istinadla xəbər verir ki, hökumət başçısı parlamentin bu il yanvarın 31-nə planlaşdırılan ilk iclasında virtual formatda iştirak edəcək.

Uşaqlardan hansının xəstələndiyi dəqiqləşdirilməyib.

Trüdo koronavirusa yoluxmuş bir şəxslə təmasda olduqdan sonra 5 günlük karantinə getdiyini Tvitterdə də yazıb. Onun sürətli testinin nəticəsi mənfi olub. Baş nazir özünü yaxşı hiss etdiyini və evdən işləyəcəyini bildirib və bir daha kanadalıları peyvənd etməyə çağırıb.