Başgicəllənməni müalicə edən vitamin tapıldı - ALİMLƏR

  • 2021.05.07 16:37
  • 2697 Baxış
Başgicəllənməni müalicə edən vitamin tapıldı -  ALİMLƏR
Cənubi Koreya alimləri yeni elmi tədqiqatın nəticəsində xoşxassəli paroksizmal başgicəllənmədən xilas olmaq üçün effektiv vasitə tapıblar.

Medicina.az xəbər verir ki, vestibulyar aparatın ən geniş yayılmış problemi olan başgicəllənmə basin vəziyyətini dəyişəndə, yataqdan qalxanda baş verir.

Alimlər bu xəstəliyi olan 957 nəfəri təcrübəyə alıb, onların bir qrupuna gündə 2 dəfə D vitamini və kalsium verilir, digər qrupa isə placebo – yəni dərman olmayan boş tablet.

2 həftə sonra birinci qrupda başgicəllənmə hallarının 25% azaldığı təsdiq olunub.

Alimlər bunu müalicədə böyük irəliləyiş hesab edir, halbuki bu xəstələr belə effekti çoxsaylı xəstəxanaya gedişlərlə və dərmanlarla əldə edirdilər.

“Bu araşdırma göstərdi ki, kalsiy və D vitamini birgə qəbulu ilə ucuz və asan metodla başgicəllənmələri müalicə etmək olar “ – deyə doktor Kim Ci Su deyib.