Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bayden ikinci dəfə peyvənd olundu

  • 2021.01.12 01:24
  • 2448 Baxış
Bayden ikinci dəfə peyvənd olundu

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden “Pfizer” şirkətinin koronavirusa qarşı peyvəndinin ikinci dozasını qəbul edib.

Bu barədə yeni prezidentə yaxın olan jurnalistlər qrupu bildirib.


Keçid dövrünün jurnalistlər qrupunun verdiyi xəbərə görə, Bayden öz iqamətgahından on-on beş kilometr məsafədəki Nyuark hospitalında peyvənd olunub.

ABŞ-ın yeni seçilmiş prezidentinə iki peyvənd dozası bazar ertəsi günü saat 13:35-də (Bakı vaxtı ilə 22:35) vurulub.