Baydenin üzündəki qeyri-adi izlərin sirri

  • 2023.07.05 11:35
  • 1171 Baxış
Baydenin üzündəki qeyri-adi izlərin sirri

ABŞ prezidenti Co Bayden yuxu apnoesindən əziyyət çəkir.

“Medicina” xəbər verir ki, Doctor Nearby tibb şirkətinin həkimi Yekaterina Serebrennikovanın sözlərinə göər, ABŞ prezidenti Co Baydenin üzündə qeyri-adi izlərin səbəbi yuxu zamanı süni nəfəs aparatında yatmağıdır.


80 yaşlı Baydenin yuxu apnoesindən əziyyət çəkdiyi, yuxu zamanı nəfəsinin dayandığı məlumdur. Bu zaman ağciyərlərin ventilyasiyası tənəffüsün tamamilə dayanmasına qədər azalır. O əlavə edib ki, xəstəlikdən əziyyət çəkən insanlar ağır xoruldayırlar.

İnsanın özü bu sindromu yaşamasından şübhələnməyə bilər. Çox vaxt ailə üzvləri yuxuda nəfəsinin bir müddət dayandığını görürlər.

Xəstəlik çənənin, ağız-udlağın, dilin, başın və boyunun spesifik quruluşuna görə inkişaf edə bilər. Serebrennikova xəbərdar edib ki, buna ən çox pyili və burun-qırtlaq problemi olan insanlarda rast gəlinir. Apnoe insultdan sonra və diabet xəstələrində də baş verə bilər.

Bu sindromu müalicə etmək lazımdır, yuxuya mane olurr. Yuxu apnesi hipertoniya, qəfil ölüm, aritmiya inkişaf riski ilə əlaqələndirilir. Çünki beyin ciddi oksigen aclığı yaşayır.

Günay Quluzadə