Bayram günlərində küçəyə çıxmaq qadağası olacaqmı? - Rəsmi AÇIQLAMA

  • 2020.05.22 17:47
  • 2560 Baxış
Bayram günlərində küçəyə çıxmaq qadağası olacaqmı?   - Rəsmi AÇIQLAMA



"Qarşıdan gələn Ramazan bayramı və tətil günlərində əvvəlki illərdə olduğu kimi ənənələrimiz tələb etsə də, nə qədər ürəyimiz istəsə də, qohumlarımızı, yaşlı adamlarımızı ziyarətə getməməliyik. Onları risk altına qoymamalıyıq. İftar süfrələri, kütləvi bayram süfrələrinin təşkilini tövsiyə etmirik.

Yaşlılarımızı, özümüzü qorumalıyıq.
Bayramı hər kəs öz evində, öz ailəsi ilə keçirsin".



Medicina.az, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O, qeyd edib ki, yaxın qonşu dövlətlərdə olduğu kimi biz bayram günləri və həftə sonları küçəyə çıxmamaq kimi sərt tədbirlərə getmədik, vətəndaşlarımıza normal bayram günləri keçirməyə şərait yaratdıq.

Amma bundan sui-istifadə etmək olmaz. Əks təqdirdə bizdə də yaxın gələcəkdə 2 gün küçəyə çıxmamaq qadağalarına getməyə məcbur olacağıq.