Bayram günlərində təcili yardıma 6 minə yaxın müraciət daxil olub - VİDEO

  • 2018.03.23 10:28
  • 19253 Baxış
Bayram günlərində təcili yardıma 6 minə yaxın müraciət daxil olub -  VİDEO
Bayram tətili başlayandan indiyədək Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə ümumilikdə 6 minə yaxın müraciət daxil olub.


 

Xezerxeber.az-ın məlumatına görə, müraciətlərin əksəriyyəti qan təzyiqi və mədə-bağırsaq problemləri ilə bağlıdır.


 

Mövzu ilə bağlı danışan Bakı Səhər Təcili və Təxirəsalınmaz Tibbi Yardim Stansiyasının həkimi Nuridə Fərzəliyeva xüsusən bayram günlərində köhnə yeməkləri yeməməyi tövsiyə edir.


 

Onun sözlərinə görə, bayram tətilinin son iki günündə, yəni 25 və 26 mart tarixlərində Bakı şəhərinə insanların kütləvi axınını nəzərə alaraq Bakı Səhər Təcili və Təxirəsalınmaz Tibbi Yardim Stansiyası paytaxtın giriş-çıxışlarında postlar quracaq.