"BDU-nun tələbələri qidadan zəhərlənməyib" - Qoşqar Təhməzli

  • 2019.12.04 12:51
  • 7123 Baxış
"BDU-nun tələbələri qidadan zəhərlənməyib" -  Qoşqar Təhməzli
"Bakı Dövlət Universitetin yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

Medicina.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasında zəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin yataqxanasında 3 tələbənin zəhərlənməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar verildi. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".