Bədən və orqanizminin əslində neçə yaşı var? – Sağlamlığını özün yoxla

  • 2021.02.04 18:02
  • 3828 Baxış
Bədən və orqanizminin əslində neçə yaşı var? –  Sağlamlığını özün yoxla



Pasportdakı yaşınızı və doğum tarixinizi unudun. Bu test sizə orqanizmin, bədənin əsl yaşını göstərəcək.
Bu test həm də nə qədər sağlam olduğunuzu və uzun ömür sürməyə nə qədər şansınız olduğunu göstərə bilər.



Medicina.az evdə edəcəyiniz testləri təqdim edir. Öncədən kağız, qələm hazırlayın ki, balları yazasınız.




TEST 1- nəbzin sayı



Sakit halda biləkdə ürək ritmini tutub dəqiqədə sayını hesablayırsız. Əgər təzyiq ölçən cihaz varsa, bu cihaz da ürək ritmi sayını göstərir.
60 saniyə ərzində ürək döyüntüsü 90-100ə yaxın ola bilər. Amma idealda 75-80 olmalıdır. Əgər sizin nəbziniz dəqiqədə 100-dən çoxdursa, kağızda bu testin qarşısına 1 – Bal yazin



TEST -2 – Bədənin elastikliyi, hərəkətliliyi


İnsan yaşlandıqca, bədəni bir qədər bərkiyir. Cavanlıqda şpaqat açan, sonra onu edə bilmir.


Bədəni yoxlamaq üçün döşəmədə əyləşib, ayaqlarınızı düz uzadırsız və əyilib ayağın baş barmaqlarını tutmağa çalışın. Bu zaman dizləriniz qatlanmamalıdır. Əgər siz barmaqların ucuna güclə toxunana qədər çatdınızsa 1 bal yazın. Əgər əliniz ayaq barmağından da irəli 5-10 sm irəli çatdısa, heç bir bal yazmayın






TEST 3- Sənin gücün


35 yaşdan sonra əzələ kütləsi azalır, güc tükənir. Onları saxlamaq üçün mütləq zülal qəbulu və fiziki hərəkət, idman lazımdır.
Bunu yoxlamaq üçün dizlərin üstə oturub, çöməlmə hərəkətləri etməlisən. Beli, kürəyi düz saxlayın, çanaq hissə yırğalanmır, əllər yana açılır və dizləriniz üstə oturub qalxırsız.


Nə qədər bacarırsız edin. Əgər 10 dəfə etdinizsə, kağızda 1 bal yazın. Əgər 10-20 dəfə edə bildinizsə heç nə yazmayın





TEST – 4 – Bədənin proporsiyası


Bədəndə artıq piy, yağ beldə toplanır. Aşağı 2 qabırğanın altında sıxmaqla santimetrlə dairəvi ölçün və kağıza qeyd edin.
Sonra beldə ən enli hissəni ölçüb rəqəmi qeyd edin.


İndi birinci rəqəmi ikinci alınan rəqəmə bölün. Əgər alınan rəqəm 0, 85-dən yuxarı alındısa, kağıza 1 bal yazın. Ondan aşağı alındısa, heç nə yazmayın.



TEST 5- Yuxu


İnsan yuxuda bərpa olur. Nə qədər az yatırsızsa, bir o qədər tez qocalırsız.


Əgər gecədən səhərə kimi 6-9- saat yatırsızsa, kağıza 1 bal yazın. Yox əgər 4-5 saat yuxunuz varsa, 2 bal yazın. Əgər həmişə eyni saat yəni 7 saat yatırsızsa, kağızda balın yanından minus 0,5 bal yazın




TEST 6- Qidalanma



Bu suallara cavab verin:


- Sutkalıq zülal normasını alırsızmı?
- Yağ normasını aşmıram
- Kalori alma və xərcləmə normasına əməl edirəm?
- Rasionumda meyvə -tərəvəz çoxdur
- Çəkim uzun müddətdir eyni qalıb, kökəlmirəm


Əgər bütün bu tövsiyələrə əməl edirsiz və çəkiniz artmırsa, vərəqə bal yazmayın. Əgər əməl etmirsizsə, 1 bal yazın



Nəticə - yaşını hesabla


Yazdığınız balları toplayın. Nə qədər az bal olsa, o qədər yaxşıdır. Alınan rəqəmə öz yaşınızı əlavə edin. Alınan rəqəm sizin bədəninizin real yaşıdır. Çoxdursa, deməli, yuxarıdakı şərtləri qaydaya salmalısız.