Bədəndə qançır və göyərmələr – Bu təhlükədən xəbər verir

  • 2021.06.07 18:35
  • 36934 Baxış
Bədəndə qançır və göyərmələr  – Bu təhlükədən xəbər verir



Bədəndə, qollarda, ayaqlarda durduğu yerdə spontan göyərmələr, dərialtı qançırların əmələ gəlməsi qaraciyərin xəstəliklərinin əlamətlərindən biri ola bilər.

Əgər göyərmələrlə yanaşı bədəndə şişkinlik, yuxululuq, gözlərin saralması da varsa, əsas səbəb qaraciyərdədir.
Medicina.az xəbər verir ki, həkimlər dəridə göyərmələr hepatitin aqressiv gedişatının bir simptomu, ya da sirrozun başlanğıcının siqnalı olduğunu bildirib.

Qaraciyərin funksiyasının pozulması zamanı qanın laxtalanma sintezi də dəyişir, bu qanaxma, qansızma şəklində özünü göstərir.

Bu xəstələrdə trombositlərin sayı azalır, istənilən dəriyə toxunma orda göyərmələr yaradır.

Ona görə qan laxtalanmasında problem olan xəstələr mütlər hepatit və sirrozdan yoxlanmalıdır.


Bu zaman qaraciyəri təmizləyəcək hepatoprotektorlar təyin etmək lazım deyil. Xəstəliyin səbəbi hepatit virusu olduğu üçün virus əleyhinə dərmanlar təyin edilir.

Artıq çəkini azaldın, içkini tərgidin, pəhrizə keçin.