Bədəni dəniz mövsümünə hazırlayan şorba - RESEPT

  • 2024.05.02 17:37
  • 469 Baxış
Bədəni dəniz mövsümünə hazırlayan şorba -  RESEPT
Yaya qədər artıq çəkidən xilas olmaq hazırda bir çox insanın hədəfidir. Yay yaxınlaşdıqca pəhriz saxlayanların sayı artır.

Dietoloq Melike Aslıhan Kara bədəni yaya hazırlayan şorba reseptini bölüşüb. O, bu şorbanın maddələr mübadiləsini sürətləndirərək daha tez arıqlamağa kömək etdiyini bildirib.

Medicina.az dietoloqun reseptini təqdim edir:

Tərkibi:

2 ədəd qabaq, 1 baş soğan, 1 diş sarımsaq, 1 ədəd pomidor, 1 xörək qaşığı zeytun yağı, duz, qara istiot.

Hazırlanması:

Xırda doğranmış soğan, sarımsaq və qabağı zeytun yağı ilə bişirin. Onlar yumşaldıqda, rəndələnmiş pomidor əlavə edin. Pomidor bişdikdən sonra üzərinə 5 stəkan su əlavə edin. Su qaynayanda xırda doğranmış şüyüd, cəfəri, duz və istiot əlavə edib 2 dəqiqə sonra ocaqdan götürün.

Dietoloq bir həftə müddətində axşam yeməyi əvəzinə bu şorbanı yeməyi məsləhət görüb.


Aysel