Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bədənimiz niyə ağrıyır? – Yalançı ağrıların səbəbləri-VIDEO

  • 2025.06.03 16:15
  • 508 Baxış
Bədənimiz niyə ağrıyır? –  Yalançı ağrıların səbəbləri-VIDEO

Ağrı hər hansı bir qıcıq nöqtəsində və ya hər hansı təsir nəticəsində ortaya çıxan xoşagəlməz, emosional, sensor təcrübədir.

Bu xoşagəlməz təcrübəni insan həyatı boyu tanımağa başlayır, ağrılar yaddaşda qalır və buna adekvat reaksiya verməyə başlayır. Biz ağrıları tanımalıyıq.


Ağrılar kəskin və xroniki ola bilir.

“Medicina” xəbər verir ki, bunu BTV "Həkimpostu" verilişində ağrı mütəxəssisi, dr. Zülfüqar Yusifov deyib.

“Xroniki ağrılar əsasən uzunmüddətli proseslər, degenerativ, neyropatik xəstəliklər səbəbindən baş verir, davamlı insanı müşayiət edir. Tibdə əslində 2 aydan çox davam edən ağrıya xroniki statusu verilir.


Səbəbi bilinməyən ağrılarda bəzən mənbə olmasa da, sinir özü-özündən qıcıqlanır, siqnal göndərir. Səbəbi bilinməyən ağların səbəbini tapmağa elmdə neyroplastis adlanan bölmə kömək edə bilir.


Bəzən beyində ağrının qəbulu üçün mərkəzlər var. Burda davamlı impulslar olarsa yeni bir yalançı mərkəzin yaranmasına gətirib çıxara bilər. Hətta səbəb olmadan belə, bu mərkəz öz-özünə çalışmağa başlayır. Həkim və pasiyent nə qədər axtarır, nə qədər müalicə edir, təsiri olmaya bilir”.


Ətraflı Videomüsahibədə