Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.
Medicina.az xəbər verir ki, bu barədə B.Bağırzadə özü məlumat verib.
Onun sözlərinə görə, anası - 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.
Əməkdar artist anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib.
Xatırladaq ki, bir müddət əvvəl - Əməkdar artist Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu. Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Müalicələrdən sonra B.Bağırzadə sağalıb.