Belorus Dünya Bankından 90 milyon avro alacaq – Koronavirusa görə

  • 2020.05.22 19:29
  • 5382 Baxış
Belorus Dünya Bankından 90 milyon avro alacaq  – Koronavirusa görə

Dünya Bankı Belarusa milli səhiyyə sisteminin koronavirus pandemiyası fonunda möhkəmlənməsi üçün 90 milyon avro maliyyə yardımı paketi ayırıb.

Medicina.az xəbər verir ki, bu vərasit ölkənin tibbi avadanlıq, süni tənəffüs aparatları, dərman vasitələri, fərdi mühafizə geyimləri və tibbi personalın qorunması tədbirlərinə xərclənməsi üçün nəzərdə tutulub.

Dünya Bankının Belorus üzrə nümayəndəsi Aleksandr Kremer qeyd edib ki, layihə o zaman maksimum nəticə verə bilər ki, vətəndaşlar sosial məsuliyyətli və intizamlı davranıb, virusla mübarizə aparsın.