Bərdədə 40 həftəlik hamilə qadın öldü

  • 2021.03.27 17:15
  • 1655 Baxış
Bərdədə 40 həftəlik hamilə qadın öldü


Bərdə Doğum Evində ana ölümü baş verib.

Medicina.az xəbər verir ki, Muğanlı kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədzadə Aygün Rafiq qızı 40-41 həftəlik hamiləlik diaqnozu ilə xəstəxanaya daxil olub.

Hamilə qadın dölyanı mayenin emboliyası (Amnion mayesinin ananın qan dövranına düşməsi nəticəsində bu mayenin komponentlərinə qarşı anafilaktoid reaksiyanın inkişafı ilə müşayiət olunan patologiyadır) ilə vəfat edib.

Bərdə Rayonun Prokurorluğunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.