Bərdədə beynində ensefalit olan gənc xəstə müalicə edildi

  • 2024.01.31 15:29
  • 564 Baxış
Bərdədə beynində ensefalit olan gənc xəstə   müalicə edildi
Dəqiqləşdirilməmiş ensefalit, mielit və ya ensefalamielit diaqnozu ilə ağır vəziyyətdə Bərdə RMX-a gətirilən pasiyent sağalıb.


"Medicina" xəbər verir ki, 15.01.2024-cü il tarixində Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilən 2008-ci il təvəllüdlü Ayşən Həmidli 14 gün müddətində lazımi müayinə və müalicə tədbirləri görülən pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Müalicəyə görə Pediatriya şöbəsinin müdiri Qəzənfər Xəlilova, həkim-pediatrlar Namiq İbrahimova, Natavan Həsənzadəyə, yaradılmış şəraitə görə isə başda TƏBİB-in rəhbərliyi olmaqla, tibb müəssisəsinin direktoruna və bütün tibb personalı peşəkarlıq göstərib.


Aygün Musayeva