Bu gün elm zombi viruslarının qlobal istiləşmə səbəbindən qədim "yatmış" patogenlərin yayılacağı barədə müzakirələr edir.
“Medicina” xəbər verir ki, zombi virusları adlanan patogenlər on minlərlə ildir permafrost şəraitində dayandırılmış patogenlərdir.
Çoxlu qorxu filmləri var ki, onların süjeti bütün canlıları məhv etməyə başlayan bu cür virusların “oyanması”ndan bəhs edir.
Elmi ictimaiyyət hələ də “yatmaqda olan”, lakin planetdə temperaturun artması səbəbindən hər an oyanmağa qadir olan belə zombi viruslarının təhlükəsini gözardı etməməyə çağırıb.
Permafrostda onlar öz həyat qabiliyyətini qoruyub saxlayıblar və unikal bioloji sirri, eləcə də bəşəriyyət üçün potensial təhlükəni təmsil edirlər.
"Zombi virusları (həmçinin paleoviruslar adlanır) yüz minlərlə ildir əbədi buzlaqlarda və ya digər geoloji çöküntülərdə donmuş vəziyyətdə qalan qədim viruslardır.
Əsas aşkarlama yerləri:
Sibir (Yakutiya, Taymir yarımadası);
Alyaska və Kanada (Arktika bölgələri);
Antarktida (subqlasial göllər);
Yüksək dağ buzlaqları (Alp, Himalay);
Bu viruslar davamlı olaraq…
Mamontların və digər qədim heyvanların qalıqları;
Dondurulmuş su anbarları;
Yaşı 48500 ilə qədər olan torpaq qatlarında olur.
Niyə oyanırlar?
Əsas səbəbin iqlim dəyişikliyi ilə bağlı əbədi donların əriməsi olduğu bildirilir.
Aygün Musayeva