Rusiyada qadın əkizinin ana bətnində ölümündən 40 gün sonra körpə dünyaya gətirib.
“Medicina” xəbər verir ki, Kaluga Regional Klinik Xəstəxanasının baş həkimi Yelena Razumeeva qeyri-adi kliniki hadisədən danışıb.
"Əkiz hamiləlik dövründə 24 həftədə körpənin biri ölüb, ikincisi isə cəmi 590 qram ağırlığında olub və həyat uğrunda mübarizə aparıb".
İlk dölün süni doğulmasından sonra həkimlər doğuşu dayandırıblar və ikinci uşaqla hamiləliyi daha 40 gün davam etdiriblər.
Nəticədə Kaluga sakini 1250 qram ağırlığında bir qız dünyaya gətirib.
Ana və qızı hazırda evdədirlər.
Aygün Musayeva