Beyin neçə yaşdan sonra qocalır?

  • 2024.02.15 21:41
  • 1082 Baxış
Beyin neçə yaşdan sonra qocalır?
İnsan 30 yaşını keçdikdən sonra beyin yaşlanmağa başlayır və bu, yaddaş problemləri olaraq özünü büruzə verir.

İntellektual oyunlar məntiqin inkişafına şərait yaradır. Bura şahmat, domino, qolf oyunlarını aid etmək olar. Həmin oyunlar beyni 10 faizdən daha çox sürətlə düşünməyə vadar edir.

"Medicina" xəbər verir ki, beyin də təbii olaraq, digər orqanlar ki, qocalır, lakin bunu bir qədər yubatmaq olar.


Yaşıl meyvə-tərəvəz, balqabaq tumu beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı gücləndirir, zehni əməklə məşğul olanların iş məhsuldarlığını artırır.

Lobya, banan, alma və digər qidalara, karbohidratlarla zəngin məhsullara üstünlük verilməlidir. Yağlı balıqların istehlakı sinir sisteminə yaxşı təsir edir”.

Mütəxəssislərin digər bir araşdırmasına görə, musiqi beyinə unikal formada təsir edir.

Rəqs etmək, musiqi dinləmək və ya ifa etmək beynin aktiv çalışmasına səbəb olur, çünki musiqi beyin hüceyrələri, onun strukturu arasında əlaqənin inkişafı üçün əvəzolunmaz vasitədir.


Aygün Musayeva