Bəzi rayonlarda karantin yenidən sərtləşdirilə bilər - RƏSMİ

  • 2020.05.29 18:40
  • 1226 Baxış
Bəzi rayonlarda karantin yenidən sərtləşdirilə bilər  - RƏSMİ


"Bakıda son günlər yoluxma hallarında artım müşahidə olunur"

Medicina.az xəbr verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, bundan sonrakı yoluxma sürəti vətəndaşların məsuliyyətindən asılıdır:

"Biz yumşalma addımlarını atırıq, amma hər kəs bilməlidir ki, maskadan istifadə və məsafə saxlamaq əsas davranışlarımız olmalıdır. Maskaların taxılmamasına görə ciddi qərarlar qəbul ediləcək. Tələbata uyğun olaraq maska istehsalı da artırılması nəzərdə tutulur. Evdə maska hazırlanması qaydası da əhaliyə təqdim olunub. Bununla bağlı bəhanə gətirilməməlidir.

Qeyd etdiyimiz rayonlarda yoluxma halları azalmazsa, artım davam edərsə, həmin rayonlarda karantin qaydası sərtləşdiriləcək. Bu qərarların müzakirəsi Operativ Qərargahın masası üzərindədir".