Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi - Bakıda

  • 2019.10.30 09:59
  • 1278 Baxış
Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi -  Bakıda

Bakıda bir ailə dəm qazından zəhərlənib.


Bu barədə Medicin.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.




Məlumatda bildirilir ki, bu gün saat 05:22-də Xəzər rayonu,
Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvünün dəm qazından zəhərlənməsi
barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olub. Dərhal
Mərdəkan qəsəbəsi, İsgəndərov küçəsi, 48 ünvanına həkim briqadası
göndərilib. Bir ailənin 4 üzvü - ata 35 yaş, ana 32 yaş, övladları, 7
yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki
Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.


Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.