Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir əsgərin hər iki qolunu və sinirlərini bərpa edib, kəsmədik- Cəbhə bölgəsində çalışan cərrah

  • 2020.12.01 15:28
  • 1174 Baxış
Bir əsgərin hər iki qolunu və sinirlərini bərpa edib, kəsmədik - Cəbhə bölgəsində çalışan cərrah


İkinci Qarabağ müharibəsində həkim kimi iştirak etmiş travmatoloq-ortoped, tibb elmləri namizədi, Beynəlxalq Travmatologiya və Ortopediya Cəmiyyətin (SICOT) üzvü İnar Seyidovl olub.

Medicina.az media.az-a istinadən xəbər verir ki, cərrah yaralı əsgərlərin əməliyyatları ilə bağlı bəzi məqamları bölüşüb.



“Hər gün yaralı əsgərlərə kömək etmək istəyən həkimlərin sayı artırdı. Travmatoloq, cərrah, uroloq və sair sahələr üzrə mütəxəssislər bizə qoşulduqdan sonra xəstəxanada iş qaydasına düşdü".


“Mövqelərdə güclənəndə, yaralıların axını bir az azalırdı. Yeməksiz və fasiləsiz işləyirdik. Heç birimiz təslim olmağı düşünmədik. Hərbçilərimiz Şuşanı azad etdikdən sonra üç gün əməliyyat otağından çıxmadıq”.

İ.Seyidov qeyd edib ki, hərbçilərimiz dəbilqə və güllə keçirməyən jilet geyindikləri üçün xəsarətləri əsasən aşağı əzalardan və mina partlayışı nəticəsində əldə edilən travmalardan ibarət olurdu.


“Hər iki qolundan ağır xəsarətlər alan bir əsgər var idi. Biz bunu istəməsək də, onun hər iki qolunu amputasiya etmək məcburiyyətində qala bilərdik. Travmatoloqlar və damar cərrahları qrupu ilə birlikdə həm onun qollarını, həm də onları qidalandıran damarları bərpa etməyə çalışdıq. Bir müddət sonra damarlardan birinin tromblaşdığı aydın oldu. Onu yenidən əməliyyat masasına qoyub damarları işlək vəziyyətə qaytarmaq lazım gəldi. İndi həmin gənc artıq Bakıdadır, mən onu müalicə edən həkimlə danışdım. Oğlan özünü yaxşı hiss edir, qolları birləşib, onlar işlək vəziyyətdədir".