Bu ölkədə koronavirus yenidən alovlandı - 130 mindən çox yoluxma

  • 06 İyl 2022 09:10
  • 599 Baxış
Bu ölkədə koronavirus yenidən alovlandı -  130 mindən çox yoluxma
İtaliyada son sutka ərzində 132 274 yeni koronavirusa yoluxma faktı qeydə alınıb, 94 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə "ANSA" agentliyi İtaliyanın Səhiyyə Nazirliyinə istinadən bildirib.


Bir gün əvvəl ölkədə 36 282 koronavirusa yoluxma faktı aşkar edilib, 59 nəfər ölüb.

İtaliyada son dəfə fevral ayında sukta ərzində aşkarlanan koronavirusa yoluxma hallarının sayı 100 mini keçib.

Hazırda İtaliyada 1 087 272 nəfər COVID-19-a yoluxub. Ümumilikdə, pandemiya başlayandan indiyədək ölkədə 18 938 771 nəfər yoluxub, ölənlərin sayı isə 168 698 nəfərə çatıb.