Bir gündə 61 nəfər öldü - Gürcüstanda "COVİD"

  • 2021.11.27 11:01
  • 1951 Baxış
Bir gündə 61 nəfər öldü -  Gürcüstanda "COVİD"
Gürcüstanda son sutkada koronavirusa 4 058 yeni yoluxma halı təsdiqlənib, 2 157 nəfər müalicə olunaraq sağalıb, 61 pasiyent vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 835 306 nəfərdə aşkarlanıb. Onların 774 458-i sağalıb, 11 871-i isə ölüb.