Bir gündə 802 nəfər koronavirusdan öldü

  • 2022.01.06 13:22
  • 1231 Baxış
Bir gündə 802 nəfər koronavirusdan öldü
Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 802 nəfər artaraq 313 817-yə yüksəlib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.


Qeyd olunub ki, son bir gündə daha 15 316 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 601 300 nəfərə çatıb.


Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 623 677 nəfər sağalıb.