Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bir gündə qarın piylərini yox edən detoks suyu

  • 2024.07.08 21:00
  • 953 Baxış
Bir gündə qarın piylərini yox edən detoks suyu
Acqarına içildikdə arıqladan detoks içkiləri xüsusilə yay aylarında çox populyarlaşır. Yay fəslində insanlar əsasən də qarın piylərindən qurtulmağa çalışırlar.

Səhərlər acqarına istehlak edilən detoks içkiləri qarın yağlarının əriməsində faydalı ola bilər. Çünki detoks suları həzmi aktivləşdirir və bağırsaqların nizamlı işləməsini təmin edir. Bu içkilər, həmçinin orqanizmi toksinlərdən təmizləyir və maddələr mübadiləsinə əhəmiyyətli təkan verir.

Medicina.az xəbər verir ki, ən effektiv detoks sularından biri də zirədən hazırlanır.

Zirə maddələr mübadiləsi sürətini artırmaqla və həzmi yaxşılaşdırmaqla kaloriləri daha sürətli yandırmağa kömək edir.

Zirəni bir gecə suda saxlayın. Daha sonra zirə ilə birgə həmin suyu 1-2 dəqiqə qaynadın. Sonda suyu süzün.

Detoks suyuna yarım limonun şirəsini əlavə edərək səhərlər acqarına içə bilərsiniz.

Qeyd edək ki, bu üsul hər hansı bir xəstəliyi olanlar, yeniyetmələr və hamilələr üçün uyğun deyil.


Aysel